AZ

AKP seçkiləri uduzdu: Ərdoğan göstəriş verdi

Türkiyədə martın 31-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) istədiyi nəticəni əldə edə bilmədi.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna görə də Türkiyə lideri AKP-nin iclasını keçirib.

Məlumata görə, Ərdoğan iclasda qarşıda görüləcək işlərlə bağlı vacib göstərişlər verib.

Bildirilib ki, partiya olaraq 81 vilayətdə sorğular keçiriləcək. Vətəndaşlara “AKP-dən gözlədiyiniz nədir”, “Niyə seçkilərdə iştirak etmədiniz” kimi suallar veriləcək. Sorğuların nəticələrinə əsasən hesabat hazırlanıb Ərdoğana təqdim ediləcək.

Seçilən
159
3
axar.az

4Mənbələr