AZ

Kollec direktoru işdən çıxarıldı

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinq keçirilib.

Sabah.az xəbər verir ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində olublar. Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb.

Nəticədə qurumun 4 aprel 2024-cü il tarixli əmri ilə kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Seçilən
124
36
sabah.az

10Mənbələr