Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, kanal bundan sonra Şirvan suvarma kanalı adlandırılacaq.
Prezident Dövlət Su Ehtiyatları Agentliyinə Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görülməsini tapşırıb.