AZ

Bank kartlarından 93 min manat oğurlayan şəxs saxlanıldı

Kiber üsullarla kartlardan 93 min manat talayaraq elektron hesabına köçürən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, paytaxt sakini olan bir nəfərin bank kartından 22760 manat vəsait oğurlanıb.

Oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib. Belə ki, onun digər şəxslərin bank kartlarından müxtəlif kiber üsullarla taladığı və elektron hesabında cəmlədiyi 93000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.

E.Bəşirovun digər talama cinayətlərinin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.


Telegram kanalımız
Seçilən
89
19
yenisabah.az

10Mənbələr