Ermənistan müxalifəti delimitasiya prosesi ilə bağlı referendumun keçirilməsini tələb edir. Müxalifət bildirir ki, Ermənistanda referendumun keçirilməsi zəruridir..."Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu tələblə müxalifət çıxış edib.Məlumata görə, aprelin 9-da parlamentdə sərhədlərin delimitasiyası ilə bağlı qapalı iclas kifayət qədər gərgin keçib: "Xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edərək xüsusilə fəallıq nümayiş etdirib".“Baş nazirin müavini Mger Qriqoryan daha konstruktiv olub. O qeyd edib ki, yenidən belə bir görüşdə iştirak etməyə hazırdır. Sərhədin delimitasiyası ilə bağlı işlərin nə vaxt başlayacağı və hansı xəritələrin əsas götürüləcəyi hələ dəqiq bilinmir”, - məlumatda qeyd olunub. İddia olunur ki, müxalifət referendum olmadan delimitasiya prosesinin reallaşmasına qarşı çıxıb.Qeyd edək ki, aprelin 9-da Ermənistan Milli Assambleyasında müxalifətin təşəbbüsü ilə sərhədin delimitasiyası və demarkasiyası məsələlərinə həsr olunmuş qapalı iclas keçirilib. Əsas çıxış edənlər xarici işlər naziri A.Mirzoyan və M.Qriqoryan olub.Poliqon.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta