AZ

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazlarına baxılacaq

Bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.
 
O xatırladıb ki, məhkəmədə Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.
 
"Beynəlxalq Ədalət Məhkəməsində İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistan Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr baş tutacaq", - XİN rəsmisi bildirib.
 
A.Hacızadənin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir.

 

Seçilən
78
19
moderator.az

10Mənbələr