AZ

"Ömrü" iki günlük olan körpünün vəziyyəti nə yerdədir? - Rəsmi AÇIQLAMA

Bakı. Trend:

Son günlər cənub bölgəsində yağan aramsız intensiv yağışlarAstara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünüdağıdıb. Bir müddət əvvəl körpünü sel aparıb. Bundan sonra əraziyəağır texnikalar cəlb olunub, köhnə körpü tamamilə sökülüb, yerindəyeni piyada körpüsü salınıb. Lakin yeni salınan körpünün ömrü cəmiiki gün çəkib.

"Ömrü" iki günlük olan piyada körpüsünün hazırda vəziyyəti nəyerdədir?

Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti başçısınınbirinci müavini Allahverən Mahmudov Trend-ə bildirib ki, uçan piyada körpüsününbərpası bu gün tamamlanacaq.

O qeyd edib ki, yeni avtomobil körpüsünün layihəsi hazırlanıb vərazılaşdırılmağa verilib.

"Lakin Təngərüd kəndindən Şiyəkəran kəndinə avtomobil yolu var",- deyə A. Mahmudov əlavə ed=ib.

Qeyd edək ki, bir neçə gün bundan öncə yağan intensiv yağışlarAstara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünüdağılmasına səbəb olub.

Məqalədə:
Seçilən
227
6
az.trend.az

6Mənbələr