Bakı. Trend:
Azərbaycanda dənizçilik sahəsində daha 2 sənəd - "Gəmi tarixininfasiləsiz qeydlər sənədi", eləcə də "Dəniz nəqliyyatı sahəsindəfəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki vəhüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyalarıntələblərinə uyğun olması barədə Şəhadətnamə" dövlət rüsumlarıödənilməklə veriləcək.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadisiyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləniclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanundadəyişiklik layihəsində əks olunub.
Sənədə əsasən, həmin dövlət rüsumları 65 manat təşkil edəcək.
Bundan başqa, qanun layihəsi dəniz nəqliyyatında bəzi sənədlərinadlarının dəqiqləşdirilməsini nəzərdə tutur.
Belə ki, "Heyətin tərkibi haqqında Şəhadətnamə"nin əvəzinə"Minimum heyət tərkibi haqqında Şəhadətnamə", "Neftlə çirklənməninqarşısının alınması haqqında Şəhadətnamə"nin əvəzinə "Neftləçirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətinsığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görəmülki məsuliyyət haqqında” 1969-cu il tarixli BeynəlxalqKonvensiyaya uyğun digər maliyyə təminatı” haqqında Şəhadətnamə","Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi(işçi diplom) və təsdiqnamə"nin əvəzinə "Gəmi komandir və sıraviheyət üzvlərinə İxtisas şəhadətnaməsi (diplom) və təsdiqnamə","Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatı"nın əvəzinə"Gəmi heyət üzvləri üçün xüsusi hazırlıq şəhadətnaməsi" olacaq.