
Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik və konsentrasiya qabiliyyətinin azalması kimi özünü göstərə bilər. Ümumdünya Səhiyyə Təşkilatı dəmir defisitli anemiyanı dünyada ən çox yayılmış qida çatışmazlığı kimi tanıyıb. Qeyd edilib ki, bu problem əhalinin 30%-ni əhatə edir.Saglamolun.Az