AZ

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

Bakı. Trend:

Mayın 02-də Bakıda və Abşeron yarımadasında hava şəraitininəsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərbküləyi əsəcək.

Trend xəbər verir ki, havanın temperaturu gecə 13-16° isti,gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz40-45% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılıolacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, doludüşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir dumanolacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti,dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Seçilən
94
49
az.trend.az

10Mənbələr