AZ

Bayden: Qəzzada xəstəxananın bombalanmasında İsrail günahkar deyil

İsrailə həmrəylik səfəri üçün gələn ABŞ prezidenti Co Bayden Qəzza şəhərində ərəb xəstəxanada baş verən partlayışla bağlı baş nazir Binyamin Netanyahu ilə görüşdən əvvəl mühüm açıqlama verib. Bizimyol.info xəbər verir ki, ölkə mətbuatını verdiyi məlumata görə, hadisə ilə bağlı təfərrüt çərşənbə günü, oktyabrın 18-i saat 11:00 radələrində məlum olub. “Bildiyim və gördüklərimə görə, İsrail Qəzza zolağındakı xəstəxanaya hücum etməyib. Bu hadisəni törədən İsrail deyil. Lakin sakinlərinin müdafiəsiz qaldığı sektorda çoxlu təhlükələr var”, - deyə Amerika prezidenti qeyd edib. “Mən birmənalı şəkildə deməyə gəlmişəm: Mən və dövlətimiz İsrailin tərəfindədir. Həmasın etdikləri ağlasığmaz idi. Uşaqları girov götürüblər, onlara qarşı qəddarlıqlar ediblər, oğurlayıblar. İndi onların hansı şəraitdə saxlandıqlarını və bu uşaqların indi nə hiss etdiyini təsəvvür belə edə bilmirəm”, -deyə Bayden daha sonra bildirib. Xatırladaq ki, “Details” saytının artıq xəbər verdiyi kimi, Qəzzada Baptist xəstəxanasında baş verən partlayış müxtəlif hesablamalara görə 200-dən 500-ə qədər insanın həyatına son qoyub. Qəzza zolağının Səhiyyə Nazirliyi dərhal xəstəxanaya İsrail Müdafiə Qüvvələrinin (İMQ) təyyarələri tərəfindən hücum edildiyini açıqlayıb. Bir neçə saat ərzində İMQ partlayışın uğursuz İslami Cihad raketinin buraxılmasının nəticəsi olduğuna dair tutarlı sübutlar təqdim etdi. Amma HƏMAS-ın ittihamları dünyanın aparıcı mediası tərəfindən tirajlanıb. Bir çox dünya liderləri İMQ-ni müharibə cinayətlərində ittiham edib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İsrail Qəzzada Baptist xəstəxanasına edilən hücumun İMQ-nin işi olmadığını sübut etmək istəyirsə, sübut kimi peyk görüntülərini təqdim etməlidir. İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi: “İsrail Qəzzada xəstəxanaya hücum etməyib, oraya İslami Cihadın raketi düşüb”, - deyə açıqlama verib. Diplomatın sözlərinə görə, xəstəxana ilə bağlı bütün mövcud materiallar BMT Təhlükəsizlik Şurasının bu gün axşam saatlarında fövqəladə iclas üçün toplanacaq. Ben Zvi həmçinin qeyd edib ki, İsrail Qəzzada quru əməliyyatından əl çəkmir, sadəcə olaraq onun başlamasını təxirə salıb. Qadir, Bizimyol.info

Seçilən
453
14
bizimyol.info

10Mənbələr