AZ

Aprel ayı bu qədər insan zəhərlənib - » Medical Media


Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 118 nəfər qəbul edilib. 

Şöbəyə qəbul edilən xəstələrdən 56 nəfər dərmandan, 31-i sirkə turşusundan, 8-i etanoldan, 7-si dəm qazından və 5 nəfər botulizmdən zəhərlənən şəxslərdir.

Həmçinin 6 nəfər allergik reaksiya, 4 nəfər ilan sancması, 1 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib. 

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib. 

Ölüm halları sirkə turşusu, botulizm, allergik reaksiya və dərman zəhərlənmələrindən qeydə alınıb.
Seçilən
490
5
medicalmedia.az

10Mənbələr