AZ

Bu özəl klinikada nöqsanlar...

Səhiyyə Nazirliyi "Sefa Medical Group"da nöqsanlar aşkarlayıb.

Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl klinikada yoxlama aparılıb.

Yoxlama zamanı sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulduğu, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxıldığı aşkarlanıb.

Buna görə də klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib olunub.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Protokol hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Seçilən
154
3
publika.az

10Mənbələr