AZ

Övlad sahibi olmaq istəyənlərə VACİB XƏBƏR - Bu əlamətlər varsa...

Valideyn olmaq hər kəsə nəsib olmur. İnsanlar bu gün də uşaq sahibi olmaq istəməyən cütlüklərə qəribə gözlə baxmağa davam edir və bu, bəzi insanların özünü günahkar hiss etməsinə səbəb olur.


1. Şəxsi qərar

Uşaq sahibi olub-olmamaq əvvəlcə şəxsən, sonra isə partnyorla veriləcək bir qərardır. Bu məsələdə heç kimin sizi tənqid etməyə haqqı yoxdur. Bəzi insanlar iqtisadi və ya sağlamlıq səbəbi ilə, bəziləri isə sadəcə istəmədikləri üçün uşaq sahibi olmurlar. Ola bilsin ki, onlar yalnız karyeralarına diqqət etməyi planlaşdırırlar. Hər kəs özü üçün ən yaxşı qərarı verməkdə məsuldur.


2. Eqoist olmamaq
Övladı olmayanların, əslində, fədakar hərəkət etdiklərini də demək olar. Uşaq sahibi olan insanların əksəriyyəti bunu cəmiyyətin xeyrinə deyil, öz ehtiyacları üçün edirlər. Əgər uşaq düşünmürsünüzsə, öz ehtiyaclarınızdan imtina edirsiniz. Bu o demək deyil ki, uşaq sahibi olmaq səhvdir, sadəcə olaraq, bu, özünü mərkəzləşdirən davranışdır.


3. Gözləntiləri qarşılamağa çalışmaq
Bəzi insanlar onlardan məhz bu gözlənildiyi üçün hələ də uşaq sahibi olurlar və bu uşaqların uşaqlığının çox da sağlam keçməyəcəyi göz qabağındadır. Uşaq dünyaya ancaq çox arzu olunarsa gətirilməlidir. Bu, dünyaya yeni bir həyat gətirmək və ya qocalanda tək qalmaqdan qaçmaq üçün lazım olan bir hərəkət olduğu üçün edilməməlidir.


4. Həssaslıq
Uşaq sahibi olmaq istəməmək bəzi praktik səbəblərə görə çox məntiqli bir qərar ola bilər. Uşaq böyütmək çox baha başa gəlir və əgər iş təhlükəsizliyiniz və ya kifayət qədər gəliriniz yoxdursa, bunu etməməyi seçə bilərsiniz. Ola bilsin ki, siz hələ də ailə qurmaq və uşaq sahibi olmaq üçün kifayət qədər sevdiyiniz insanla hələ görüşməmisiniz.


5. Öhdəlik
Uşaq sahibi olmaq övladınız 18 yaşına çatanda bitən bir öhdəlik deyil. Siz valideyn olduqdan sonra bütün həyatınız boyu övladınıza cavabdeh olacaq. Əgər fikrinizi dəyişsəniz, onları geri qaytara bilməzsiniz. Bəzi insanlar heç vaxt belə bir öhdəlik götürməyə hazır olmaya bilərlər, bu onların təbii haqqıdır.


6. Seçimlər
Bu gün artan üstünlüklərlə valideynlik artıq bir insanın həyatında məcburi dönüş nöqtələrindən biri deyil. Hər kəsin onları həqiqətən qane edən şeylərin arxasınca getmək hüququ var.


7. Əhali
Bu gün 7 milyardı keçən dünya əhalisinin 2050-ci ildə 9,6 milyarda çatacağı gözlənilir. Beləliklə, bəzi insanlar uşaq sahibi olmamaq qərarına gəlsələr, bəlkə də bu, qlobal bir yaxşılıq olardı.


Fidan Vəlisoy

Seçilən
678
15
oxu.az

10Mənbələr