AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi müəyyənləşib.
QOL.az xəbər verir ki, mərhələnin hər iki oyunu mayın 12-də, saat 18:00-da keçiriləcək.
“ASK Arena”da “Göyəzən” “Şimal”la, “ASCO Arena”da isə “Hypers” “Ümid”lə finala vəsiqə qazanmaq uğrunda üz-üzə gələcəklər.
Qeyd edək ki, AFFA Region Liqasının final matçı mayın 24-də, saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta