Xəbər verdiyimiz kimi 7-8 may 2024-cü il tarixində Azərbaycanda ilk dəfə beynəlxalq “Kök hüceyrə və Regenerativ tibb kongresi” keçirilmişdir. Kök hüceyrə və regenerativ tibb sahəsində ən son yeniliklərin və aktual mövzuların müzakirə olunduğu beynəlxalq tədbirə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri də qatılmışdı. İnteqrativ Müalicə Mərkəzinin qastroenteroloqu Arzu Quliyeva həmin konqresdə ” Kron xəstəliyi zamanı fistulaların müalicəsində kök hüceyrənin və eksozomların tətbiqi” mövzusu ilə çıxış etmişdi.

Saglamolun.Az