Bakı. Trend:
Səhiyyə Nazirliyində Qlobal Fondun Portfolio meneceri OlqaAvdeyevanın başçılıq etdiyi Missiya ilə görüş keçirilib.
Trend xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri TeymurMusayev Azərbaycanın Qlobal Fondla əməkdaşlığa önəm verdiyini qeydedib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin Qlobal Fondunmissiyaları ilə mütəmadi keçirilən görüşləri mövcud əlaqələrin dahada inkişafına böyük dəstək verir.
Teymur Musayev 2005-ci ildən etibarən QİÇS, Vərəm və Malyariyailə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinəfəaliyyətin dəstəklənməsində yaxından iştirak etdiyini bildirib:“Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraqhəyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyüktöhfədir”.
Nazir, həmçinin ötən ilin mart ayında Ümumdünya SəhiyyəTəşkilatı (ÜST) tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkəkimi sertifikatlaşdırılmasını xatırladıb. “Malyariya ilə mübarizədəuğur, həm də ÜST-nin aparıcı mövqe tutduğu tərəfdaşların uzun illərhərtərəfli dəstəyi sayəsində mümkün olub”.
Sonda Teymur Musayev Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fondarasında səmərəli əməkdaşlığın daha da uğurla inkişafetdiriləcəyini qeyd edib.
Öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın“malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını yüksəkqiymətləndirib: “Bu nailiyyət səhiyyə işçilərinin davamlıfədakarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildəqarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsindəmümkün olub”.
Azərbaycanın QİÇS və digər yoluxucu xəstəliklərə qarşı mübarizəsahəsində gördüyü işləri müsbət qiymətləndirən Olqa Avdeyeva,göstəricilərin region üzrə uğurlu olduğunu bildirib. Missiyarəhbəri, həmçinin Qlobal Fondun Azərbaycan Səhiyyə Nazirliyi iləbirgə bir sıra mühüm layihələrin icra olunduğunu vurğulayıb.
Görüşdə həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensialinkişaf imkanları müzakirə olunub.