AZ

Bakıda it dişləyən azyaşlı qızın son VƏZİYYƏTİ

Paytaxtın Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.

İt dişləməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2013-cü il təvəllüdlü şəxsin vəziyyəti stabildir.

Anons.az.com xəbər verir ki, bunu Baku.ws-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib.

O bildirib ki, azyaşlının müalicələri davam etdirilir.

Yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.  

Seçilən
316
13
anons.az

10Mənbələr