AZ

Rəisi kim idi?

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisi ötən gün helikopter qəzasında həyatını itirib. Helikopterin göyərtəsində, eyni zamanda xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemi də olub.

Publika.az dünyanın gündəmində olan İran Prezidenti ilə bağlı bəzi məqamları təqdim edir:

İbrahim Rəisi 1960-cı ilin dekabrın 14-ü İranın Məşhəd şəhərində dünyaya gəlib. 1980-ci ildə dini təhsilini alan Rəisi öz karyerasını İslam inqilabından (1979-cu ildə baş verib - red.) sonra yaranmış yeni hüquq sistemində qurmağa başlayıb.

O, 1985-ci ildə yaşamaq üçün Tehrana köçüb və burada şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub. 1989-cu ildən 1994-cü ilə qədər Tehran şəhərinin prokuroru vəzifəsində çalışıb. 1994-cü ildə İranın Baş İnspeksiya təşkilatının rəhbəri vəzifəsinə qədər yüksəlib.

İbrahim Rəisi 2004-cü ildə İran prokurorunun müavini təyin edilib. 2005-ci ildə İranın o dövrdəki Prezidenti Mahmud Əhmədinecat Rəisiyə ölkənin təhlükəsizlik naziri vəzifəsini təklif etsə də, o bu vəzifədən imtina edib. Rəisi karyerasında yüksəlməyə davam edib və 2014-cü ildə İranın Baş prokuroru vəzifəsinə təyin edilib.

İ. Rəisi 2016-cı ilin martında istefaya gedib və İslam dünyasının ən varlı fondlarından biri olan “Astan-e Quds Razavi”nin sədri olub.

O, 2017-ci ilin mayında İran prezidentliyinə namizədliyini irəli sürsə də, həmin dövrdə Prezident Həsən Ruhaniyə məğlub olub. Rəisi bu seçkilərdə 38%, Ruhani isə 57% səs toplamışdı.

Seçilən
116
6
publika.az

7Mənbələr