
“İran prezidenti İbrahim Rəisinin helikopterinin məhv edilməsi ilə bağlı faciədə ABŞ günahkardır”.
Missiya.Az xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Onun sözlərinə görə, Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, Vaşinqton Tehrana təyyarə və təyyarə hissələrinin satışına embarqo qoyub.
“Bu hadisə ABŞ-nin İrana qarşı cinayətləri siyahısına daxil ediləcək. Prezidentin helikopterinin məhv edilməsi ilə bağlı faciədə ABŞ günahkardır”, - deyə Zərif bildirib.
Daşqın Həsənov
Missiya.Az