İraq hökuməti İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın helikopter qəzasında həlak olması ilə əlaqədar ölkədə bir günlük rəsmi matəm elan edib.
"Cebhe.info" İraqın rəsmi "İNA" agentliyinə istinadən xəbər verir ki, İraq hökumətinin sözçüsü Bəsim əl-Avvadi məsələ ilə bağlı açıqlama verib. İran rəsmilərinin vəfatı ilə əlaqədar sabah ölkədə 1 günlük milli matəm elan edildiyini bildirən Avvadi “Bu çətin günlərdə qardaş İran xalqının və liderlərinin yanındayıq və onların kədər hissi ilə həmrəyi”,- deyib. İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani və İraq Kürd Regional Rəhbərliyinin (İKRR) Baş naziri Məsrur Bərzani də helikopter qəzasında İran Prezidenti və onu müşayiət edən şəxslərin həlak olması ilə bağlı başsağlığı verib.