AZ

“Turan Tovuz” “Qarabağ”la oyuna itkilərlə ÇIXACAQ 

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 10-cu turunda doğma meydanda "Qarabağ"ı qəbul edəcək.  

Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun rərbərlik etdiyi kollektiv bu oyuna ciddi itkilərlə çıxacaq.  

Qərb bölgəsi təmsilçisinin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, kapitan Şəhriyar Əliyev, Emmanuel Hakman, və Piruzi Marakvelidze qarşılaşmada komandaya kömək edə bilməyəcək. Bu oyunçular zədəlidir.  
Qeyd edək ki, "Turan Tovuz" - "Qarabağ" qarşılaşması bu gün saat 18:30-da Tovuz Şəhər Stadionunda baş tutacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
723
41
bizim.media

10Mənbələr