AZ

Qusarda "Diabet günü" adlı elmi-nəzəri konfrans keçirilib » Medical Media


TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qusar Rayon Mərkəzi Xəstəxanasında "Diabet günü" adlı elmi-nəzəri konfrans keçirilib.
 
Qusar RMX-dan Medicalmedia.az-a bildirilib ki, tədbirdə səhiyyə işçiləri, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından dəvət olunan həkim-endokrinoloq, Tip1 diabet xəstəliyindən müalicə alan uşaqlar və onların valideynləri iştirak ediblər.
 
Konfransı giriş nitqi ilə rayon Xəstəxanasının direktoru Kamil Hacıyev açaraq mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, TƏBİB rəhbərliyi imtiyazlı xəstələr arasında çoxluq təşkil edən şəkərli diabetdən əziyyət çəkən pasiyentlərə qarşı xüsusi qayğı ilə yanaşılır. Həmin xəstələrin müalicələri TƏBİB tərəfindən vaxtında aparılır və onlar müalicə üçün təmənnasız dərmanlarla təmin edilir.
 
Tədbirdə çıxış edən həkim-endokrinoloq İnci Saruxanova Tip 1 diabet və ya insulindən asılı olan uşaqlara diabet haqqında ətraflı məlumat verib. Qeyd edib ki, həmin xəstəlik əsasən 5-20 yaşlar arasında rast gəlinir və bu xəstələrdə xəstəliyin başlanğıcından mütləq insulin müalicəsi aparılmalıdır.
 
Sonda müəssisə rəhbəri, baş həkim və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından dəvət olunan həkim-endokrinoloq tərəfindən valideynlərin çoxsaylı sualları cavablandırılıb.
 
 
Seçilən
177
1
medicalmedia.az

2Mənbələr