AZ

Qobustan rayonunun Ərəbşalbaş kəndində yeni kənd həkim məntəqəsinin açılışı olub (FOTO)

Bakı. Trend:

Uzun illərdən sonra Qobustan rayonunun Ərəbşalbaş kəndində yenikənd həkim məntəqəsi istifadəyə verilib.

Trend xəbər verir ki,məntəqənin açılış mərasimində TƏBİB-in İlkin səhiyyə xidmətinintəşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Qobustan Rayon İcraHakimiyətinin başçısının birinci müavini Məharət Əkbərov, QobustanRayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, xeyriyyəçi,həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadə, o cümlədən rayonictimaiyyəti və tibb işçiləri iştirak edib.

Xeyriyyəçi, həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadəninşəxsi vəsaiti ilə tikilən yeni kənd həkim məntəqəsi 243 kv. sahəninəhatə edir və ümumilikdə 7 otaqdan ibarətdir. Məntəqədə müdir,həkim, peyvənd, manipulyasiya, qeydiyyat, texniki və müayinəotaqları var.

Yeni kənd həkim məntəqəsinin açılışında iştirak edən TƏBİB-inİlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanovçıxışında bildirib ki, ölkədə əhalinin sağlamlığının qorunması vəsəhiyyə sisteminin inkişafı istiqamətində dövlət tərəfindən davamlımühüm tədbirlər həyata keçirilir. Bu sahəyə ayrı-ayrı şəxslərindəstəyinin də vacibliyini qeyd edən N.Rəhmanov şəxsi vəsaitihesabına kənd həkim məntəqəsini inşa etdirən Ə.Mollaalmazzadəyəminnətdarlığını bildirib.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovabölgələrdə və ucqar kəndlərdə tibbi xidmətin səviyyəsininyüksəldilməsi istiqamətində atılan addımlardan danışıb. O, yenitikilən kənd həkim məntəqəsinin Ərəbşalbaş kəndinin sakinlərininsağlamlığına töhfə verəcəyinə, məntəqə vasitəsilə tibb işçilərininkənddə ilkin səhiyyə xidmətlərini daha yüksək səviyyədə təşkiledəcəyinə əminliyini bildirib.

Qobustan
Qobustan
Qobustan
Qobustan
Qobustan
Qobustan
Məqalədə:
Seçilən
198
8
az.trend.az

9Mənbələr