AZ

Rüfət Hacıyev haqda ardıcıl iki qərar

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvətə görə həbs edilən sabiq müdiri Rüfət Hacıyevin cinayət işi üzrə ibtidai istintaq davam edir.

"Qafqazinfo”nun məlumatına görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror seçilmiş qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib. Qərara əsasən, R.Hacıyevin həbsdə saxlanılma müddəti 3 ay uzadılıb.

Bundan sonra sabiq müdirin vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Rüfət Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Seçilən
52
12
demokrat.az

10Mənbələr