AZ

Millimizin Türkiyə ilə oyunlar üçün heyəti bəlli oldu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, komandalar arasında matçlar mayın 31-də Ərzincanda, iyunun 4-də isə Bakıda baş tutacaq.

Millimiz mayın 27-də toplaşaraq Ərzincana yollanacaq və oyun gününə kimi hazırlığını orada keçəcək.

Toplanışa dəvət olunan futbolçuların siyahısını təqdim edirik:

1. Aytac Şərifova - Trabzonspor (Türkiyə)
2. Nərgiz Əliyeva - KDZ Eregli Spor (Türkiyə)
3. Günay İsmayılova - Neftçi
4. Nigar Mirzəliyeva - Zenit (Rusiya)
5. Nərgiz Hacıyeva - Aktobe (Qazaxıstan)
6. Manə Mollayeva - Neftçi
7. Ayşən Əhmədova - PAOK (Yunanıstan)
8. Alina Dorofeyeva - Yenisey (Rusiya)
9. Diana Məmmədova - Yenisey (Rusiya)
10. Fidan Cəfərova - Baku Juniors
11. Aysun Əliyeva - Neftçi
12. Kamilla Məmmədova - Okjetpes (Qazaxıstan)
13. Firəngiz Teymurova - Neftçi
14. Jalə Məhsimova - Bəylərbəyi Spor (Türkiyə)
15. Yeliz Acar - Fatih Vətən (Türkiyə)
16. Peritan Bozdağ - Fatih Vətən (Türkiyə)
17. Esra Manya - Beşiktaş (Türkiyə)
18. Kristina Bakarandze - Qalatasaray (Türkiyə)
19. Coşqunə Əliyeva - Neftçi
20. Sevinc Cəfərzadə - Eastern Flames (Səudiyyə Ərəbistan)
21. Milana Rəhimova - Neftçi
22. Nazlıcan Parlak - Qalatasaray (Türkiyə)
23. Vüsalə Seyfəddinova - Olimpiada İmittou (Yunanıstan)

Seçilən
106
12
rekord.az

10Mənbələr