AZ

Ərdoğan İsraili əməliyyatları dərhal dayandırmağa çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili hücumlarının miqyasını genişləndirməyərək, əməliyyatları dərhal dayandırmağa çağırıb.Leqal.info xəbər verir ki, bu barədə Türkiyə liderinin “X” sosial şəbəkəsindəki rəsmi hesabındakı paylaşımında deyilir.O, bütün dövlətləri və beynəlxalq təşkilatları Qəzzada humanitar atəşkəsin tezliklə bərqərar edilməsi təşəbbüslərini səmimi şəkildə dəstəkləməyə dəvət etdiyini də bildirib: “Türkiyə daha çox günahsız insanın qanının tökülməsinin, daha çox humanitar böhranların qarşısını almaq və Fələstindəki münaqişələrin dönüşü olmayan nöqtəyə çatmadan həlli üçün öhdəsinə düşəni etməyə davam edəcək”.Leyla KamilLeqal.info

Seçilən
210
16
leqal.info

10Mənbələr