AZ

Britaniya Parlamentində Azərbaycanın minatəmizləmə ilə bağlı qlobal təşəbbüsünə dəstək verilməsi üçün çağırış edilib

Bakı. Trend:

Britaniya Parlamentində Dayanıqlı İnkişaf Məqsədlərinə dairmüzakirələr keçirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Trend-ə verilənməlumata görə, müzakirələr zamanı çıxış edən BritaniyaParlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlərüzrə parlament qrupunun sədri Metyu Offord humanitar minatəmizləməvə Dayanıqlı İnkişaf Məqsədlərinə dair iki dəfə Bakıda konfransdaiştirak etdiyini bildirib və Azərbaycanda həyata keçirilənminatəmizləmə fəaliyyəti ilə yerində tanış olduğunu vurğulayıb.

Metyu Offord ərazilərin minalardan təmizlənməsi nəticəsindətəhsil, məşğulluq və ən əsası insanların öz evlərinə qayıda bilməsiüçün imkan yarandığını bildirib və minatəmizləmə nəticəsində birneçə Dayanıqlı İnkişaf Məqsədinə nail olmağın mümkünlüyünüvurğulayıb. O, ərazilərin minadan təmizlənməsinin təkcə mövcudDayanıqlı İnkişaf Məqsədlərinə nail olunması deyil, bir sıra digərsahələrdə də müsbət nəticələrin əldə edilməsinə göstərdiyi təsirinəzərə alaraq, Britaniya hökumətini Azərbaycanın humanitarminatəmizləmənin BMT tərəfindən 18-ci Dayanıqlı İnkişaf Məqsədielan edilməsi ilə bağlı təşəbbüsünə dəstək verməyə çağırışedib.

Qeyd edək ki, Metyu Offord 2022-ci ilin may ayında Ağdama səfəredib və işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın minatəmizləməfəaliyyəti ilə yaxından tanış olub.

Məqalədə:
Seçilən
369
17
az.trend.az

8Mənbələr