İsveç hakimiyyəti terror təşkilatlarını dəstəkləyən şəxsləri ölkədən deportasiya edə bilər.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin miqrasiya naziri Mariya Malmer bildirib.
Nazir həmin terror təşkilatlarının sırasında HƏMAS-ın da yer aldığını vurğulayıb.
“Əgər insanlar terrorun gətirdiyi ölümü dəstəkləmək qərarına gəlsələr, onların İsveçdə qalıb-qalmaması haqqında düşünmək lazımdır”, – deyə Malmer qeyd edib.