AZ

Region Liqasının qalibi bəlli olub (fotoreportaj)

AFFA Region Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.
Şamaxı şəhər stadionunda keçirilən final oyununda “Şimal” və “Hypers” komandaları qarşılaşıblar.
Görüşün 120 dəqiqəsi 1:1 hesabı ilə yekunlaşıb. “Hypers”in heyətində 16-cı dəqiqədə Məhəmməd Alıyev, “Şimal”ın heyətində isə 74-cü dəqiqədə Rauf Məmmədov fərqlənib.
Penaltilər seriyasında rəqibinə 3:1 hesabı ilə qalib gələn “Şimal” kollektivi çempion olub. Komanda növbəti mövsüm UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək.
Oyundan sonra mükafatlandırma mərasimi təşkil edilib. 38 qol vuran Mübariz Futbol Akademiyasının oyunçusu Cəfər Şahməmmədov bombardirə təqdim olunan mükafata yiyələnib. “Hypers” komandasından isə Anar Ağayev Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.
Nəhayət, “Hypers” gümüş medalla, “Şimal” isə qızıl medal və kubokla təltif olunub. Komandalara mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov təqdim ediblər.
 
Seçilən
214
affa.az

1Mənbələr