AZ

Eynulla Fətullayevlə Əvəz Zeynallı üzləşdirilib

“Haqqin.az” saytının baş redaktoru Eynulla Fətullayev “Xural.com” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsində dindirilib. O, Ə.Zeynallıya qarşı rüşvətalma ittihamıyla bağlı ifadə verib.

Məsələ burasındadır ki, Zeynallı ötən ilin sentyabrında Fətullayevin yaydığı səs yazısından sonra prokurorluqda başlanmış araşdırma nəticəsində həbs olunub. Sözügedən səs yazısı “Xural.com” rəhbərilə vəkil Elçin Sadıqov arasındakı danışıqdan ibarət idi.

“Dedi ki, Əvəz Zeynallı ilə yaxınam…”


Publika.az “Azadlıq” radiosununa istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən E.Fətullayev deyib ki, dostu – “Baku Steel Company” MMC-nin (Poladəritmə zavodunun) keçmiş rəhbəri Rasim Məmmədovun həbsindən sonra vaxtilə özünün müdafiəçisi və isti münasibətləri olan Elçin Sadıqovun vəkil tutulmasını onun ailəsinə təklif etmişdi:

“Bir gün Elçin Sadıqov mənə dedi ki, Əvəz Zeynallı özünün “YouTube” kanalında Rasim Məmmədov haqqında təhqiramiz fikirlər işlədir. Bundan Mehriban xanım (Rasim Məmmədovun həyat yoldaşı) çox narahatdır. Elçin Sadıqov dedi ki, Əvəz Zeynallı ilə yaxınam, mən həll edəcəyəm”.

Onun sözlərinə görə, sonradan vəkil deyib ki, Ə.Zeynallı elə materialları dayandırmaqdan ötrü 20 min manat pul tələb edir. E.Fətullayev iddia edib ki, həbsdə olan iş adamının xanımı Mehriban Məmmədova 20 min manatı E.Sadıqov vasitəsilə Ə.Zeynallıya göndərib.

Fətullayev deyib ki, bir müddət keçəndən sonra “Xural”ın efirində Ə.Zeynallı yenidən Rasim Məmmədov haqqında təhqir xarakterli fikirlər səsləndirib. Bundan dərhal sonra vəkil E.Sadıqova zəng edərək, pulun geri qaytarılmasını istəyib:

“Mənim zəngimdən sonra Elçin Sadıqov Mehriban xanıma Əvəz Zeynallı ilə aralarında olan danışığın səs yazısını atıb. O da mənə göndərdi. Pulu qaytarmağına 1 saat vaxt qoymuşdum. O müddətdə qaytarılmadı, ona görə mən də o səsi yaydım...”.

Ə.Zeynallı E.Fətullayevdən soruşub ki, onunla münasibətləri olduğu halda, niyə dostuna aid məsələni ondan soruşaraq, 20 min manat məsələsini dəqiqləşdirməyib?

O da cavabında bildirib ki, iki mənbədən – vəkil və dostunun həyat yoldaşından bunu öyrəndiyindən, Əvəzə zəng etməyib.

“Səs yazısı vardısa, niyə istintaq onu ortaya çıxarmadı?”

Seçilən
683
6
publika.az

10Mənbələr