“Radio həmişə yanımdadır. Xoş, sevindirici xəbərləri eşidib fərəhlənirəm. Bu 30 il xalqımızın başına böyük faciələr gəldi. 1990-cı il hadisələri heç vaxt yadımdan çıxmır. Şəhidlərimizin 40 mərasiminə qədər verilişlər çəkirdim, ağlaya-ağlaya bayatılar söyləyirdim. Komendant saatı idi, televiziyamız da onların ixtiyarında idi. Zapis etdiyim verilişləri silirdilər, məcbur idim gedib yenidən yazım. O vaxt ağlayan millətimiz bu gün gülür. Bu gün hamının üzü gülür. Şükürlər olsun bu günümüzə! Artıq Azərbaycan azaddır, bütövdür. Allah cənab prezidentimizə can sağlığı versin, ordumuzu, əsgərlərimizi qorusun. Şəhidlərimiz oldu, hamımız üzüldük. Bu gün artıq şəhidlərimizin də ruhu şaddır”DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, qiraətçi Əminə Yusifqızı deyib. O daha sonra əlavə edib. “5-ci sinifdən dram kollektivinə getmişəm. Orada tamaşalar oynayırdım. Moskvaya da getdim aktyor təhsili almaq üçün. Yaxşı ki, orada qalmadım. Sonra Bakıya qayıtdım. 1956-cı ildə Ümumdünya Gənclər Festivalı keçirilirdi, mən də orada şeir dedim. Gənc Tamaşaçılar Teatrının baş rejissoru Zəfər Nemətov məni səhnəyə gətirdi. O vaxt gənc yaşda teatrda aktrisalar çox az idi. “Komsomol” poemasında Humay rolunu oynamışdım. Uğurlu olduğu və böyük mükafatlar qazandığım üçün sonradan Moskvada da oynadıq. Teatrdan çıxmaq qərarını anidən verdim. Heç vaxt qayıtmadım. Çətin günlərim çox olub, amma yenə də şükür edirəm ki, arxamda anam dayanıb. Bu yerlərə gəlib çıxmaqda anamın böyük rolu var. Anam məni bir an belə olsun tək qoymadı” deyə sənətkar bildirib.Xalq artisti qiraətindən də danışıb. “Elə şeirlər seçirəm ki, hamının yadında qalsın. Bir də şeir deyəndə mütləq obraz yaratmalısan. Tamaşaçılar bütün şeirləri ifamda bəyəniblər, amma “Bir salama dəymədi” şeiri məni onlara çox sevdirib. Hətta o vaxt verilişlərdə olanda zəng edib xahiş edirdilər ki, o şeiri deyim. Bəxtiyar Vahabzadə ilə görüş keçiriləndə bu şeiri oxumuşdum. Bəxtiyar müəllim özü ağlayırdı. Deyirdi ki, mən onu gənclik illərimdə yazıb saxlamışdım. Yadından da çıxmışdı ki, belə bir şeir yazıb. Mənim ifamdan sonra şairin o şeiri məşhurlaşdı” deyə sənətkar bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta