Bakı. Trend:
“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsivətəndaşlara eyni əmlakı girov qoymaqla banklardan daha böyükməbləğdə kredit götürmək imkanı verəcək.
Bunu Trend-ə MilliMəclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, yeni qanun layihəsi əmlakın daha dəqiq,ölçülə bilən və bəlli meyarlar əsasında qiymətləndirilməsinə imkanyaradacaq.
“Bu baxımdan gözləntilər həm də ondan ibarətdir ki, yeni qanunlayihəsi bankların girov kimi cəlb etdiyi əmlakın da doğruqiymətləndirilməsinə gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki,əvvəlki dövrdə bir sıra banklar tərəfindən əmlakın daha ucuzqiymətləndirilməsi həyata keçirilirdi və nəticədə, verilən kreditinhəcmi qiymətləndirilmiş əmlakın dəyərinə uyğun olaraqmüəyyənləşdirilirdi.
Bu baxımdan, yeni qiymətləndirmə qaydaları həm dəvətəndaşlarımıza eyni əmlakı girov qoymaqla daha çox kredit almaqimkanı verəcək. Bu baxımdan gözlənilir ki, vətəndaşların götürdüyükreditlərin həcmində artım olsun”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, qanun layihəsi oktyabrın 6-da Milli Məclisinplenar iclasında birinci oxunuşda qəbul edilib. Bu qanun AzərbaycanRespublikasında əmlakın qiymətləndirilməsi fəaliyyətinin ümumiprinsiplərini müəyyən edir, habelə bununla bağlı yaranan təşkilati,iqtisadi və hüquqi münasibətləri tənzimləyir.