AZ

BTİMMSamsunda keçirilən beynəlxalq tədbirdə

Mayın 16-daTürkiyədə baş tutanII Beynəlxalq «Samsun İkiztepe Sağlamlıq Sammiti»ndə Azərbaycanı təmsil edən 35 nəfərliknümayəndə heyətinin tərkibində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin marketinq və telekomunikasiya departamentinin əməkdaşı Fərid Xankişiyev dəvardı.

BTİMM tibbi turizmlə bağlı beynəlxalq tədbirdə fərqli müayinə və müalicələr barədə məlumatın təqdim edildiyi xüsusi guşə ilə təmsil olunurdu.

"Medicina" xəbər verir ki, Sammiti giriş sözü ilə açanAnadolu Aslanları İş Adamları Birliyinin sədri Orhan Aydınqeyd edib ki, beləbeynəlxalq tədbirlərə ev sahibliyi edən Türkiyə tibbi turizmsektorunda dünyanın ən əhəmiyyətli bazarlarından birinə çevrilib. Rəsmi statistikalara görə, Türkiyədə 2023-cü ildəsağlamlıq turizminə62 milyard lirə sərmayə qoyulub.

Samsun valisi Orhan Tavlı ilə Azərbaycan nümayəndə heyətiningörüşü də olub.Müzakirələr zamanı Bakı-Samsun arasında birbaşa aviareyslərin təşkili, sağlamlıq turizmi sahəsində qarşılıqlı əlaqələr müzakirə edilib.


Özəl tibb müəssisələri arasında özünəməxsus yeri olan Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin peşəkar həkimlərinin İnteqrativ Tibb metodlarınınköməyilə müalicəsi çətin və ya heç mümkün olmayan xroniki xəstəliklərin sağalmasında əldə etdiyi uğurlu nəticələr göstərir ki,Mərkəz təkcəölkə vətəndaşlarının deyil,əcnəbi pasientlərin də müalicəyə cəlb olunması üçün geniş imkanlara malikdir. Artıq Birləşmiş Ərəb Əmirlikləri, İraq, İran, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan və s. ölkələrdən sağlamlıq problemlərininhəlli üçün Mərkəzə müraciət edən əcnəbi vətəndaşların sayı artmaqdadır.


Bu pasientlərin hamısı illərlə düçar olduqları xəstəliklərinə çarə tapmaq üçün müxtəlif xarici ölkələrin öndə gedən klinikalarında aldıqları müalicədəheç bir nəticə görmədikləri üçün son ümid yeri kimi Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə üz tutublar.

Onlarınarasında kimyəvi preparatlardan fərqli olaraq orqanizmə heç bir zərər verməyən İnteqrativ tibb metodlarınınköməyilə sağalıb öz ölkələrinə qayıdanlar çoxluq təşkil edir.Bəziləri isə müalicələrini mərhələlərlə davam etdirirlər.


Beləliklə, BTİMM xroniki və autoimmun xəstəliklərin müalicəsində qazandığı uğurlarlaölkəmizdə tibbi turizm inkişafına böyük dəstək vermiş olur.

Aygün M.
Medicina.az







Seçilən
115
1
medicina.az

2Mənbələr