AZ

Misirdə Qəzza zolağında münaqişənin həlli üzrə sammit keçirilir

Misirin paytaxtı Qahirədə 30-dan çox dövlətin, bir sıra beynəlxalq və regional təşkilatların iştirakı ilə Fələstin-İsrail məsələsi üzrə keçirilən beynəlxalq sülh sammiti işə başlayıb.

Bu barədə TASS  xəbər verir.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin təşəbbüsü ilə təşkil olunan toplantıda Fələstin lideri Mahmud Abbas, BMT, Aİ, Böyük Britaniya, Yunanıstan, Türkiyə, Kipr, İtaliya və Rusiya nümayəndələri iştirak edir.
Tədbir zamanı Misir lideri sammit iştirakçılarını Qəzza zolağında humanitar fəlakətə son qoymaq və İsraillə fələstinlilər arasında sülhə gedən yolu canlandırmaq üçün yol xəritəsini razılaşdırmağa dəvət edib.

www.anews.az
Seçilən
167
8
anews.az

10Mənbələr