AZ

Zaqatalada bacısını güllələyən qardaş TUTULDU

Yazını böyüt
Yazını kiçilt

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Zaqatala rayon prokurorluğundan hafta.az-a daxil olan məlumata görə, araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

Seçilən
260
23
hafta.az

10Mənbələr