Mütəmadi pendir yemək istəyi gənc qıza baha başa gəlib.
Medicalmedia.az xəbər verir ki, amerikalı qadın pendir asılılığından müalicə olunmaq üçün reabilitasiya mərkəzinə getməyə qərar verib.
Belə ki, Adela Kohab pendirə olan güclü asıllığını 2018-ci ildə hiss edib. Həftədə 5-6 baş pendir yeyib. Bu qeyri-adi asıllıq nəticəsində Adela 20 kiloqram çəki alıb. Eyni zamanda, o, 5 ay ərzində menstruasiyadan kəsilib və 2-ci tip diabet xəstəliyi riski ilə üzləşib.
O, müalicə üçün həftədə 6 min dollar ödəyir.
Alimlərin sözlərinə görə, pendirin tərkibində kazein adlı xüsusi bir protein var və o, tiryək effektinə sahib olduğu üçün asıllıq yaradır.
Ona görə də pendir istehlakınıza nəzarət etməyiniz vacibdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta