AZ

Qahirədə mühüm görüş: Mişel Mahmud Abbasla bir araya gəldi

Avropa Şurasının rəhbəri Şarl Mişel Qahirədə Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ş.Mişel “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Qahirə sammiti çərçivəsində Prezident Abbasla görüşdüm. İki dövlətin (Fələstin-İsrail - red.) birgə yaşaması üçün sülhdən başqa alternativ yoxdur”, - o qeyd edib.

Ş.Mişel, həmçinin Avropa İttifaqının bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb.


Müəllif: Teleqraf.com
Seçilən
314
7
teleqraf.com

10Mənbələr