AZ

Respublika Pediatriya Mərkəzinin tabeliyində hansı müəssisələr var?

Aprelin 6-sı TƏBİB-in Müşahidə Şurasının qərarı və TƏBİB-in əmri ilə yaradılan Respublika Pediatriya Mərkəzi 8 xəstəxanananın birləşməsi ilə fəaliyyət göstərir.

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, Mərkəzin nəzdində Qarayev Uşaq Klinik Xəstəxanası, Uşaq Bərpa Mərkəzi, Nərimanov Uşaq Klinik Xəstəxanası, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Yasamal Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Sabunçu Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası fəaliyyət göstərir.

Qeyd edək ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib.

Seçilən
112
9
qafqazinfo.az

10Mənbələr