AZ

Naxçıvanda GÜCLÜ YANĞIN - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən "Banu" restoranıda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Day.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 980m² olan üçmərtəbəli restoranın tüstü bacasında baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın dam örtüyünə və restoran binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın üzlüyü 3m² sahədə yanıb, restoran binası yanğından mühafizə olunub. Restoranda olan 260 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Xəsarət alan yoxdur.

FOTO və VİDEO - APA 

Naxçıvanda

Naxçıvanda

Naxçıvanda

Naxçıvanda

Seçilən
694
15
day.az

10Mənbələr