AZ

Teymur Musayev ÜST-nin Avropa üzrə regional direktoru ilə görüşüb

Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge Azərbaycanın səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Bu barədə Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən xəbər verilib.
 
Bildirilib ki, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının iştirakı ilə baş tutan görüşdə iqlim və sağlamlıq mövzusu vurğulanmaqla, COP29 tədbirinə hazırlıq, yeni Ölkə Əməkdaşlıq Strategiyası və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Seçilən
220
1
aztibb.az

2Mənbələr