AZ

Onlar Nazir təyin olundu-Fotolar

Naxçıvan Muxtar Respublikasında daha bir nazir təyinatı olub.

XALQ.AZ xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun Qərarı ilə Elxan Nəcəfov NMR-in təhsil naziri təyin edilib.

Qeyd edək ki, 1982-ci ldə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək təhsil nazirinin səlahiyyətlərini icra edirdi. O, daha əvvəl isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

*****

Naxçıvan Muxtar Respublikasına səhiyyə naziri təyin edilib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov Qərar imzalayıb.

Qərara əsasən, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov nazir vəzifəsinə təsdiqlənib.

Seçilən
327
46
xalq.az

10Mənbələr