AZ

Millimiz (Qadınlar) Türkiyə yığması ilə qarşılaşıb

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
B Liqasının I qrupunda yer alan millimiz üçüncü matçında Türkiyə yığması ilə səfərdə qarşılaşıb. “Ərzincan 13 Şubat” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə komandasının heyətində qolu 43-cü dəqiqədə penaltidən Ebru Topçu vurub.
Bu nəticədən sonra Türkiyə yığması xallarının sayını 6-ya yüksəldib. Azərbaycan millisinin isə hesabında 1 xal var.
Qeyd edək ki, bu komandalar qrup mərhələsinin IV turu çərçivəsində iyunun 4-də, saat 19:00-da “Liv Bona Dea Arena”da qarşılaşacaqlar.
Seçilən
308
3
affa.az

4Mənbələr