AZ

Yad cisim udan azyaşlının həyatı xilas edilib

19.07.2022-ci il təvəllüdlü körpə yad cisim udması səbəbi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, ilkin müayinələr zamanı onun udduğu 8 ədəd xırda maqnit muncuğunun nazik bağırsaqda olduğu dəqiqləşdirilib.

 

Həkim-cərrah Ramiz Məmmədov tərəfindən nazik bağırsağın perforasiyası, kəskin hipertonit diaqnozu ilə azyaşlı əməliyyata götürülüb. Onun nazik bağırsağından yad cisimlər çıxarılıb.

 

Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxşdir.

Seçilən
522
16
aztibb.az

10Mənbələr