AZ

17 yaşlı yeniyetmə suda boğuldu

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, rayonun Sabirabad kənd sakini 2007-ci il təvəllüdlü Şükürov Mirhəsən Aftandil oğlu kənddə yerləşən su bəndində boğulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yeniyetmə həmin kənddə nənəsi ilə qalırdı. O,11-ci sinifində təhsil alırdı.

Surxay Şahbazov

Seçilən
103
5
qafqazinfo.az

3Mənbələr