AZ

1700 zərərçəkən, 800-dən çox şahid var -“Crocus City Hall”-da baş verən terrorun istintaqı gedir

Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı 1700-dən çox insan zərərçəkmiş kimi tanınıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsinin iş üzrə təqsirləndirilən 4 nəfərin həbs müddətinin uzadılması barədə qərarında deyilir.

İş üzrə 800-dən çox şəxs şahid var. İstintaqın məlumatına görə, 20-dən çox axtarış aparılıb, ballistik, yanğın-texniki və mülki mühəndislik də daxil olmaqla 650-yə yaxın ekspertiza təyin edilib.

20 nəfər ittiham olunur. Onlardan 18-i istintaq təcridxanasındadır, ikisi isə heç yerə getməmək barədə iltizam verib. Çox güman ki, onlar təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərməkdə ittiham olunan şəxslərdir.

“Crocus”-da terror aktı 22 mart 2024-cü ildə baş verib. İstintaq Komitəsinin məlumatına görə, faciənin qurbanlarının sayı 144 nəfər olub. Hücum edənlər insanların bir qismini güllələyib, əksəriyyəti yanğın zamanı, o cümlədən tüstüdən boğularaq ölüb.

Rusiya tərəfi terror aktının arxasında Ukraynanın ola biləcəyini iddia edir. Kiyev bütün ittihamları qəti şəkildə rədd edir.

Terror aktını törədən dörd Tacikistan vətəndaşı dindirilmə zamanı ağər işgəncələrlə üzləşiblər.

azpolitika.info

Seçilən
204
10
hurriyyet.az

10Mənbələr