AZ

Belçikada terror aktından sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Belçika hakimiyyəti Brüsseldə iki İsveç vətəndaşının ölümü ilə nəticələnən terror aktından sonra ölkədə yeni təhlükəsizlik tədbirləri tətbiq etmək qərarına gəlib.
 
Moderator.az-ın məlumatına görə, bu barədə krallığın Baş naziri Aleksandr de Kru mətbuat konfransında bildirib.
 
“Hökumət öz məsuliyyətini qəbul edir”, - Baş nazir deyib.
 
Xatırladaq ki, oktyabrın 16-da naməlum şəxs Belçika paytaxtının mərkəzində atəş açıb, hücum nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Hadisə terror aktı kimi qiymətləndirilib.
 
Sonradan məlum olub ki, həlak olanlar AVRO-2024-ün seçmə turniri çərçivəsində yerli komandanın ev sahibliyi etdiyi futbol üzrə İsveç milli komandasının azarkeşləri olub. Bir gün sonra, oktyabrın 17-də polis terrorçunu zərərsizləşdirdiklərini açıqlayıb.
Seçilən
560
4
moderator.az

6Mənbələr