AZ

Dünya çempionatında Azərbaycanın veteran güləşçiləri bir dəst medal əldə edib - FOTO

Oktyabrın 17-dən 22-dək Yunanıstanın Lutraki şəhərində veteranlar arasında dünya çempionatı keçirilib.
Azərbaycan Güləş Federasiyasından Trend-ə bildirilib ki, ölkəmizi sərbəst güləşdə Cəlal Süleymanov (62 kq), yunan-Roma güləşində isə Xalid Cəfərov (70 kq) və Elgiz Məmmədov (88 kq) təmsil edib.
Cəlal Süleymanov (62 kq) qazaxıstanlı Medet Raximbay (tuş), yaponiyalı Ken Kikuçi (5:0) və amerikalı Benjamin Kyara (4:1) qalib gələrək dünya çempionu olub.
Xalid Cəfərov (70 kq) amerikalı Ceyms Ferqusona (9:1) tam üstünlüklə qalib gəlsə də, yarımfinalda serbiyalı Milan Mariçə uduzub – 0:8. Cəfərov isveçli Karl Qranbomu minimal fərqlə məğlub edərək (6:5) bürünc medala sahib çıxıb.
Elgiz Məmmədov (88 kq) rusiyalı Şamil Abulmuslimov (9:0), qazaxıstanlı Bakitjan Nuradinov (tuş) və amerikalı Kayl de Berrini (10:2) vaxtından əvvəl məyus edib. Həlledici görüşdə bolqarıstanlı Plamen Palevə 3:8 hesabı ilə uduzan Məmmədov ardıcıl 2-ci dəfə dünya ikincisi olub.
Beləliklə, güləşçilərimiz mundialda bir dəst medal qazanıb.
Qeyd edək ki, dünya çempionatında hakimlərimizdən Xəyal Əliyev, Sevinc Yusibova və Eldar Bayramov ədaləti qoruyub.

Seçilən
911
22
xalqcebhesi.az

10Mənbələr