Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli vəzifədən azad edilib.
Gundem.az-ın məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb.
Bildirilib ki, A.Əsgərli hazırda sərəncamdadır.
Qeyd edək ki, Araz Əsgərli bir müddət Bakı şəhər DYP İdarəsinin mətbuat katibi vəzifəsini də icra edib. (Qafqazinfo)