Praktiki olaraq qanunvericiliyə edilən dəyişiklər bir tərəfdən dövlət özəl münasibətlərini inkişaf etdirilməsinə, özəl sektorda çalışan vətəndaşlarımızın bir hissəsinin əmək haqqının dövlət tərəfindən ödənilməsinə imkan verəcək. Yəni əgər özəl sektor iş yeri yaradırsa və o kvotaya əməl edərək kvotadan əlavə iş yeri yaradırsa ona şamil ediləcək. Qeyd etmək istərdi ki, kvota iş axtaran və iş tapmaqda çətinliyi olan vətəndaşlarımız üçün nəzərdə tutulub. Bura əlillik dərəcəsi olanlar və digər həssas qrup vətəndaşlarımız daxildir. Kvotadan kənar isə o zaman artıq sahibkar 15 nəfərə qədər işçi cəlb edə bilər və həmin işçinin əmək haqqı birbaşa dövlət tərəfindən ödəniləcək. Bu da imkan verəcək ki, sahibkarın özəl sektorda yaratdığı iş yerinə görə dövlətdən əmək haqqı almaq mümkün olsun".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta